17 C
Baku
Friday, October 18, 2024

AZAL 2022-ci ildə 26.4 milyon manat məbləğində subsidiyanı istifadə etməyib

Təhlillər göstərir ki, bəzi hallarda yönəldilmiş subsidiya məbləğləri istifadəsiz
saxlanılır. Məsələn, dövlət büdcəsinin icrası barədə məlumatlarda “Hüquqi şəxslərə digər subsidiyalar” paraqrafından “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə fəaliyyətinin təmin edilməsi üçün 89,5 mln. manat məbləğində vəsait ayrıldığı və tam məbləğdə icra olunduğu göstərilib.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatda bildirilib.

Qurumdan təqdim edilmiş məlumatlara əsasən isə hesabat ilində faktiki olaraq 63,1 mln. manat məbləğində vəsait xərclənmiş və 2022-ci ilin sonuna 26,4 mln. manat Səhmdar Cəmiyyətin bank hesabında qalmışdır.

Ümumiyyətlə, Hesablama Palatası tərəfindən bir çox dövlət müəssisələrində aparılan kənar
dövlət maliyyə nəzarəti tədbirləri dövlət büdcəsindən ayrılan subsidiyaların bir çox hallarda qənaətlə xərclənmədiyini, bu vəsaitin cari məqsədlər üçün ayrılmalı olduğu halda, bəzi hallarda birbaşa və yaxud dolayı yolla investisiya fəaliyyəti ilə əlaqədar xərc istiqamətlərinə (əsaslı təmir, tikinti və s.), kreditlərin ödənilməsinə və s. yönəldildiyini göstərir.

Son xəbərlər
Digər xəbərlər