18 C
Baku
Thursday, April 25, 2024

AZAL 3 yeni aviareys açır

“Azərbaycan Hava Yolları” QSC (AZAL) yay uçuş cədvəli çərçivəsində marşrut şəbəkəsində üç yeni istiqamətə – Səudiyyə Ərəbistanının Dammam və Ər-Riyad şəhərləri (iyunun 15-dən sentyabrın 1-dək), eləcə də Monteneqronun populyar kurortu olan Tivata (iyulun 5-dən sentyabrın 15-dək) birbaşa reyslər yerinə yetirəcək.

Qurumdan Banker.az-a verilən məlumata görə, reyslər komfortlu “Airbus A320” laynerləri ilə həyata keçiriləcək.

Aviabiletin qiymətinə baqajın pulsuz daşınması (23 kq-a kimi) və soyuq və isti yeməklərin tam çeşidi daxildir.

Aviabiletləri AZAL-ın kassalarında və aviaşirkətin rəsmi agentliklərində https://www.azal.az/az/information/sales-offices bronlaşdırmaq və əldə etmək mümkündür. Yaxın zamanda yeni istiqamətlərə aviabiletləri www.azal.azsaytında da əldə etmək mümkün olacaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər