“Azərbaycan Hava Yolları” QSC-yə Hava, Dəniz, Çay, Avtomobil, Dəmir Yolu Nəqliyyatında Və Metropolitendə olan qaydalar əleyhinə inzibati xəta protokolu tərtib ediıib.
Banker.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 295.2-ci maddəsi ilə irəli sürülüb.
İşə Bakı Şəhər Xəzər Rayon məhkəməsində Hüseyn Hüseynlinin sədrliyi ilə baxılır.
İnzibati Xətalar Məcəlləsinin 295.2-ci maddəsinə görə, hava gəmisinin istismarçısı tərəfindən hava gəmilərinin təhlükəsizliyinin təmin edilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.