Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Eldar Hacıyev “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti təyin edilib.
O, bu vəzifəyə təyin edilməzdən əvvəl “Silk Way” şirkətinin vitse-prezidenti olub. Hazırda E.Hacıyev QSC-nin tərkibinə daxil olan AZAL sərnişindaşıma şirkətinin icraçı direktoru vəzifəsini də tutur.
Mülki aviasiya sahəsində böyük təcrübəsi olan E.Hacıyev 1984-cü ilin fevralından bu sahədə çalışır.
Trend