17.4 C
Baku
Monday, May 12, 2025

AZAL Bakı-Astana reyslərinin sayını artırır

“Azərbaycan Hava Yolları” QSC (AZAL) sabahdan Bakıdan Qazaxıstanın paytaxtı Astanaya reyslərin sayını artıracaq.

Bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, reyslərin həftəlik sayı 3-dən 4-ə qaldırılacaq.

Bundan başqa, mayın 31-dən “Air Astana” aviaşirkəti Atırau-Bakı-Atırau marşrutu üzrə uçuşlara başlayacaq. Uçuşlar həftədə 3 dəfə – bazar ertəsi, çərşənbə və şənbə günləri “Airbus A320” təyyarələri ilə həyata keçiriləcək. Uçuş müddəti 1 saat 25 dəqiqə təşkil edəcək.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər