Sentyabrın 26-dan milli aviadaşıyıcı – “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin həftəlik sayını 21-ə çatdıracaq.
Bu barədə AZAL-dan bildirilib.
Məlumata görə, bu istiqamətdə uçuşlara tələbatın yüksək olduğunu və pandemiya dövründə uçuşların sayının məhdud olduğunu nəzərə alaraq, qeyd edilən marşrut üzrə aviabilet satışı artıq növbəlilik prinsipi əsasında həyata keçiriləcək.
Növbəyə iki usulla yazılmaq mümkündür – geriyə əlaqə forması və ya WhatsApp mesenceri vasitəsilə:
Bakıdan Naxçıvana uçuşlar üçün:
• https://help.azal.az/hc/ru/requests/new?ticket_form_id=360000853919
• WhatsApp: +99455 204 65 54.
Naxçıvandan Bakıya uçuşlar üçün:
• https://help.azal.az/hc/ru/requests/new?ticket_form_id=360000886220
• WhatsApp: +99460 487 30 11
Müraciət etdiqdə sərnişinlər şəxsiyyət vəsiqəsinin skan edilmiş surətini, həmçinin əlaqə nömrəsini göndərməlidirlər.
Aviaşirkət onlayn forma və WhatsApp vasitəsilə eyni vaxtda müraciət etməməyinizi xahiş edir. Bu yalnız onlayn növbələrin artmasına və çağrı mərkəzi əməkdaşları tərəfindən sorğularınızın gec cavablandırılmasına səbəb olacaqdır.
Eyni zamanda sərnişinlərin diqqətinə çatdırırıq ki, qeyd olunan istiqamət üzrə aviabiletlərin əldə olunması ilə bağlı aviaşirkətin çağrı mərkəzinə zəng vasitəsilə edilən müraciətlər qəbul edilmir.