25 C
Baku
Thursday, September 29, 2022

AZAL Bakıdan-İstanbul aviabiletinin qiymətlərini endirdi

“Azərbaycan Hava Yolları” (AZAL) Bakı-İstanbul-Bakı istiqaməti üzrə aviareyslərdə yeni aksiya barədə elan edir.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Banker.az-a daxil olmuş məlumata görə, 2019-cu il 25 fevral tarixinə kimi qeyd olunan istiqamət üzrə reyslərə aviabilet aldıqda qiymət 169 avro, əks istiqamətdə (İstanbul-Bakı-İstanbul) isə 189 dollar təşkil edəcək. Aksiya çərçivəsində uçuş tarixləri: 2019-cu il fevralın 1-dən 28-ə kimi. Qeyd edək ki, endirimli qiymətlərə aviabiletlərin sayı məhduddur.

Aviabiletin qiymətinə baqajın (23 kq-a kimi 1 yer), əl yükünün (10 kq-a kimi, 55*40*23 sm ölçülərdə) pulsuz daşınması və təyyarədə isti yemək daxildir.

Son xəbərlər
Oxşar xəbərlər