Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviadaşımalara tələbatın artımı nəzərə alınaraq bu şəhərlər arasında səyahət etməyi planlaşdıran sərnişinlərə aviabiletlərin öncədən əldə edilməsi tövsiyə olunur.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) sərnişinlərə müraciətində bildirilir.
Bununla yanaşı, müraciətdə Bakıdan Naxçıvana və geriyə müntəzəm uçuşların sayının artırılaraq gündə 10 reysə çatdırıldığı da bildirilir.