İyulun 17-dən etibarən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Berlin-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirməyə başlayacaq. Uçuşlar avqustun 28-dək həftədə bir dəfə – cümə günləri həyata keçiriləcək.
“Azərbaycan Hava Yolları”nın mətbuat xidmətindən verilən məlumata görə, həmin marşrut üzrə aviabilet satışı xüsusi şərtlərə riayət edilməklə həyata keçiriləcək.
Bakı-Berlin reysi ilə Almaniyada daimi və ya müvəqqəti yaşamaq hüququ olan sərnişinlər (tələbələr daxil olmaqla), habelə Avropa İttifaqı ölkələrinin vətəndaşları daşınacaq.
Berlin-Bakı reysinə Azərbaycan vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayış üçün icazəsi olan digər dövlətlərin vətəndaşları buraxılacaq.
Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında əldə etmək olar. ⠀
Xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələr ekonom sinif üzrə aviabilet alışı zamanı 30% həcmində güzəştdən yararlana biləcəklər. Güzəştli aviabiletin rəsmiləşdirilməsi proseduru üzrə videotəlimatla, İstanbul-Bakı reysi ilə eyni qaydada, buradan tanış ola bilərsiniz: