21 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

AZAL biletlərin pulunu qaytaracağı vaxtı açıqladı

Screen Shot 2021 09 02 at 14.34.20

“Əgər Azərbaycan Respublikası ərazisində və ya digər ölkələrdə epidemioloji vəziyyət imkan verərsə,  iyul və ya avqust aylarında beynəlxalq uçuşlar başlanılarsa, bu günə kimi bilet almış bütün sərnişinlər mütləq və mütləq aldıqları biletlərin məbləğində “Azərbaycan Hava Yolları”nın və ya “Buta Airways”in uçduğu hər hansısa bir istiqamətdə əllərində olan biletləri yeni biletlərə dəyişdirə biləcəklər və bunu da təsdiq etmək üçün biz həmin o sərnişinlərə xüsusi vauçerlər təqdim edirik”.

Bu sözləri “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev deyib.

“Hətta elə bir sənirşinlər olarsa ki, desə ki, “mən heç vaxt daha “Azərbaycan Hava Yolları”nın xidmətindən istifadə etməyəcəyəm və, sadəcə olaraq, biletimin pulunu geri almaq istəyirəm”, yenə də “Azərbaycan Hava Yolları” bütün öhdəliklərini sərnişinlərinin qarşısında yerinə yetirəcək və bunu da biz işə başladığımız, yəni beynəlxalq hava yollarının açılışından 60 gün sonra bütün biletlərin pullarını geri qaytarmağa hazır olacağıq”, – deyə Hacıyev bildirib.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər