7 C
Baku
Friday, February 13, 2026

AZAL biletlərə 35 faiz endirim elan edib

Azərbaycan Hava Yolları Sevgililər Gününü daha da xüsusi etmək üçün baza tarifinə 35% endirim təqdim edir. Bu fürsətlə sevdiyinizlə birlikdə arzuladığınız beynəlxalq istiqamətə səyahət edə bilərsiniz! Belə ki, yalnız azal.az saytından və ya AZAL mobil tətbiqindən aviabilet alarkən “LOVEFLYING” promokodundan istifadə edərək baza tarifinə 35% endirim əldə edəcəksiniz.

Vacib nüanslar:

  • Təklif yalnız 13.02.2026 – 15.06.2026 tarixləri arasında olan uçuşlar üçün keçərlidir.
  • Endirimli aviabiletlərin satışı 13–14 Fevral 2026-cı il tarixlərində aparılır.
  • Endirim baza tariflərinə, müntəzəm beynəlxalq uçuşlarda Ekonom, Premium Ekonom və Biznes sinif bilet tariflərinə tətbiq olunur.
  • Vergi və yığımlar endirimə daxil deyil.

Yüksək tələbat dövrü istisna olunur. Sevginizi səmada paylaşın!

Son xəbərlər
Digər xəbərlər