“Azərbaycan Hava Yolları” QSC (AZAL) biletlərinin qiymətinin artırılması barədə düşünmür.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev deyib.
“Uçuşlar başladıqdan sonra qiymətlər əsasən hava limanlarında bizə nə qədər yer verilməsindən asılı olacaq”, – o qeyd edib.