11 C
Baku
Cümə axşamı, Oktyabr 28, 2021

AZAL: Bir nəfəri də işdən azad etməmişik

“2019-cu ildə Bakının Heydər Əliyev Beynəlxalq Aeroportu 4,7 milyon sərnişinə xidmət edib. 2020-ci ilin əvvəlindən isə də bu rəqəm 760 min nəfər təşkil edib”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev deyib.

“Bu, koronavirus (COVID-19) pandemiyasının milli aviaşirkətə təsirini göstərir. Amma cənab prezidentin diqqət və qayğısı ilə əməkdaşlarımız bu gün də maaşlarını tam alır və başqa aviaşirkətlərdən fərqli olaraq bir nəfəri də işdən azad etməmişik”, – deyə o, qeyd edib.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər