AZAL bu istiqamət üzrə uçuşların sayını artırır

“Azərbaycan Hava Yolları” (AZAL) iyulun 25-dən başlayaraq Heydər Əliyev Beynəlxalq Aeroportundan Özbəkistanın paytaxtına həftədə 3 dəfə uçuşlar yerinə yetirməyə başlayacaq.

AZAL-dan verilən məlumata görə, qeyd edilən tarixdən etibarən Bakı-Daşkənd-Bakı marşrutu üzrə aviareyslər həftənin bazar ertəsi, çərşənbə və şənbə günləri yerinə yetiriləcək.

Biletləri aviaşirkətimizin saytında və kassalarda əldə etmək mümkündür.

 

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər