23 C
Baku
Friday, April 26, 2024

AZAL: “Bu təyyarələrdən istifadə etmirik”

“Hazırda “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarə parkında Efiopiyada qəzaya uğramış “Boeing 737-8 MAX” markalı sərnişin təyyarəsi yoxdur”.

Bunu AZAL-ın sözçüsü Paşa Kəsəmənski deyib. 

Bununla belə, onun sözlərinə görə, AZAL sözügedən təyyarədən sifariş edib. 

Xatırladaq ki, martın 10-da Efiopiyanın Bişoftu şəhəri yaxınlığında “Boeing 737” tipli təyyarə qəzaya uğraması nəticəsində 157 nəfər ölüb. Bununla əlaqədar Böyük Britaniya, Çin, Malayziya, Efiopiyanın bir sıra aviaşirkətləri “Boeing 737 Max 8” təyyarələrindən istifadənin dayandırıldığını açıqlayıb.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər