29 C
Baku
Friday, June 14, 2024

AZAL Buxarest və Sofiyaya 99 avrodan aviabiletlər təklif edir

®Azərbaycanın milli aviadaşıyıcısı AZAL Buxarest və Sofiya istiqamətlərinə xüsusi qiymətlərlə aviabiletlər təklif edir.

Bakı ilə Buxarest və Bakı ilə Sofiya arasında uçuşlara aviabiletləri 99 avrodan əldə etmək mümkündür. Aviaşirkətin bu marşrutlar üzrə yerinə yetirdiyi gediş-dönüş reyslərinə aviabiletlərin qiyməti 169 avrodan başlayır.

Xüsusi qiymətlər mayın 23-dən iyunun 5-nə kimi əldə edilən aviabiletlərə tətbiq edilir və yüksək tələbat dövrü istisna olmaqla, aviaşirkətin 3 iyun-25 oktyabr 2024-cü il tarixlərində həyata keçirəcəyi reyslərinə şamil olunur. Təklif çərçivəsində 10 kq-a qədər əl yükünün daşınması mümkündür.

Qeyd edək ki, AZAL Rumıniyanın paytaxtı Buxarestə uçuşlara həftədə iki dəfə, bazar ertəsi və cümə axşamları olmaqla iyunun 3-dən başlayacaq. Bolqarıstanın paytaxtı Sofiyaya isə reyslər iyunun 7-dən həftədə iki dəfə — çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək.

Aviabiletləri rəsmi www.azal.az saytından və aviaşirkətin yenilənmiş mobil tətbiqindən əldə etmək olar.

Son xəbərlər
 ⁠
Digər xəbərlər