10 C
Baku
Friday, December 13, 2024

AZAL-da yoxlamalar aparılır?

Son günlər “Azərbaycan Hava Yolları” QSC-də (AZAL) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xüsusi yoxlama qrupu tərəfindən korrupsiya yoxlamaları aparılması ilə bağlı iddialar yayılıb.

Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, iddialar həqiqəti əks etdirmir: “Azərbaycan Hava Yolları” QSC-də (AZAL) yoxlamaların aparılması ilə bağlı mediada yayılan məlumatlarla əlaqədar bildiririk ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən AZAL-da hansısa yoxlama aparılmır. Bununla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Qeyd edək ki, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev AZAL-ın Müşahidə Şurasının rəhbəridir.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər