22 C
Baku
Saturday, June 25, 2022

AZAL-ın dövlət zəmanətli borcu 650 mln. manatı üstələyib

“Azərbaycan Havə Yolları” (AZAL) QSC-nin dövlət zəmanətli borclarının ümumi həcmi 650 mln. manatdan artıqdır. Bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib.

“AZAL-la bağlı məsələ daim höklumətin diqqətindədir. AZAL-a dövlət tərəfindən mütəmadi yardımlar göstərilir. Bura həm güzəştli şərtlərlə yanacağın satılması, həm dövlət zəmanəti ilə kreditlərin verilməsi, müyyən dövrlərdə borcların silinməsi daxildir”, – deyə nazir əlavə edib.

S.Şərifov qeyd edib ki, AZAL-ın dövlət zəmanətli borclarının həcmi 650 mln. manatdan artıqdır: “Bu vəsaitlər yeni təyyarələrin alınması və digər məqsədlərə istifadə olunmalıdır. Həmin təyyarələrdən səmərəli istifadə etmək, şirkətin gəlirliyinin artırılmasına şirkət tərəfindən üstünlük verilməlidir”.

Nazir bildirib ki, dövlət borcuna xidmətlə bağlı hər hansı problem olmayıb.

Report

 

Son xəbərlər
Oxşar xəbərlər