“Azərbaycan hava yolları” QSC-i iyul ayının sonuna qədər bəzi istiqamətlərə endirim kampaniyası elan edir.
AZAL-dan verilən məlumatlara görə, kampaniya 2014-cü ilin 15 iyul – 31 iyul tarixlərində qüvvədə olacaq. Kampaniyaya 2014-cü ilin 15 iyuldan 14 avqusta qədər olan uçuşlar daxil ediləcək.
Nəticədə aşağıdakı reyslər üzrə uçuşların qiyməti endirilmişdir:
– Londona “gediş-gəliş” bileti cəmi 459 avro;
– Pekinə “gediş-gəliş” bileti cəmi 409 avro;
– Tehran, Təbriz, “gediş-gəliş” bileti cəmi 179 avro;
– Rostov vilayətinə “gediş-gəliş” bileti cəmi 219 avro;
– Permə “gediş-gəliş” bileti cəmi 309 avro;
– Nijni Novqoroda “gediş-gəliş” bileti cəmi 319 avro;
– Kazana “gediş-gəliş” bileti cəmi 249 avro.
Şirkətdən verilən məlumata görə, yalnızca Rusiya Federasiyası şəhərlərindən uçuş zamanı yerlər məhdud ola bilər. Biletlərin yenidən bron edilməsi və geri qaytarılması mümkün deyil.