9 C
Baku
Thursday, December 12, 2024

AZAL Gürcüstana sərnişin daşınmasını 5 dəfədən çox artırıb

Bu ilin ilk yarısında “Azərbaycan Hava Yolları” QSC (AZAL) Gürcüstana 70 409 nəfər sərnişin daşıyıb.

Bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyindən bildirilib.

Hesabat dövründə aviaşirkətin Gürcüstanın aviasiya bazarındakı payı 4 % təşkil edib.

İllik müqayisədə AZAL-la Gürcüstana daşınan sərnişinlərin sayı 5,3 dəfə artıb.

Gürcüstana daşınan sərnişinlərin sayına görə AZAL xarici aviaşirkətlərin ilk onluğunda VII yeri tutub. İlk üçlükdə “Türk Hava Yolları” (226 719 nəfər), “Wizz Air” (226 000 nəfər) və “Pegasus” (164 293 nəfər) yer alıb.

Yanvar-iyunda Gürcüstan hava limanları 1 716 718 nəfər sərnişinə xidmət göstərib ki, bu da ötən ilin eyni göstəricisindən 189 % çoxdur.

Son xəbərlər
Digər xəbərlər