10 C
Baku
Şənbə, Dekabr 4, 2021

AZAL hava gəmiləri parkına yeni Boeing təyyarələri alacaq

Oktyabrın 14-də Bakı şəhərində AZAL-ın prezidenti Cahangir Əsgərov ilk dəfə Bakıya işgüzar görüşlə səfər edən “Boeing Commercial Airplanes” şirkətinin Rusiya və MDB ölkələrində Satış və Marketinq üzrə vitse-prezidenti Monte Freyzerlə görüşüb.

Banker.az xəbər verir ki, görüşdə həmçinin şirkətin satış üzrə direktoru Volkan Eser də iştirak etmişdir.

Görüş çərçivəsində “Azərbaycan Hava Yolları” aviaşirkəti üçün yeni Boeing 787 Dreamliner təyyarələrinin çatdırılmasına dair ilkin razılaşma əldə edilib. Həmin təyyarələr AZAL-ın hava gəmiləri parkına daxil olan mövcud Boeing 757, Boeing 767 və Airbus A340 təyyarələrini 2030-cu ilin sonunadək əvəz edə biləcək.

Hazırda AZAL aviaşirkəti uzaqməsafəli istiqamətlərdə özünü doğruldan iki Boeing 787-8 Dreamliner təyyarəsini istismar edir. Qeyd etmək lazımdır ki, AZAL postsovet məkanında Boeing 787-8 Dreamliner təyyarəsi istismar edən ilk aviaşirkətdir.

 

 

Son xəbərlər
Oxşar xəbərlər
X