Bu gün ilk dəfə AZAL tərəfindən Qahirədən Bakıya birbaşa uçuş həyata keçirilib.
Uçuşlar həftədə bir dəfə olmaqla cümə günləri gerçəkləşdiriləcək.
Uçuşların təşkil olunmasında əsas məqsəd Azərbaycanın inkişaf etməkdə olan turizm və investisiya potensialının təşviq edilməsi, eyni zamanda Azərbaycan vətəndaşlarının xarici turizm səfərlərinin asanlaşdırılmasıdır. İki ölkə qarşılıqlı səfərlərin intensivləşdirilməsi eyni zamanda əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin genişlənməsi imkanlarını da artıracaq.








