Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 30 mart 2021-ci il tarixli sərəncamında dəyişiklik edib.
Banker.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni sərəncam imzalayıb.
Sərəncama əsasən, Şuranın üzvü olan Zaur Qurbanov Anar Novruzovla əvəz olunub.
Anar Novruzov Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavinidir.
A.Novruzov buna qədər, Böyük Britaniyanın “Ernst&Young” audit və konsaltinq şirkətinin Səudiyyə Ərəbistanındakı törəmə şirkətində strateji və tranzaksiyalar üzrə meneceri kimi çalışıb. O, S.Ərəbistanına bu vəzifəyə görə 2019-cu ilin oktyabrında təyinat almışdı. S.Ərəbistanından öncə isə adıçəkilən audit şirkətinin Azərbaycan üzrə törəməsində audit və zəmanət üzrə menecer kimi çalışırdı.
O, Şotlandiyanın Aberdin Universitetində neft, enerji iqtisadiyyatı və maliyyəsi üzrə magistr dərəcəsinə sahiblənib.