-1 C
Baku
Sunday, December 15, 2024

AZAL-ın “Boeing-757” təyyarəsi Dehliyə istiqamətlənir: yeni reys açılır

AZAL bu ilin 25 iyun tarixindən etibarən Bakıdan Hindistanın ən böyük şəhərlərindən biri – Dehliyə müntəzəm və çarter reysləri həyata keçirəcək.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, AZAL-ın reysləri həftədə bir dəfə – çərşənbə axşamı günləri ekonom və biznes sinif konfiqurasiyalı “Boeing-757” təyyarələri ilə həyata keçiriləcək. Cari ilin payızından etibarən uçuşların sayı həftədə iki dəfəyə kimi artırılacaq.

Eləcə də oxu: AZAL-ın Nyu-Yorka uçuşların dayandırmasında “anlaşılan ” məqam

Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportu Terminal 1-dən həyata keçiriləcək.

Dehlini “yeddi imperiyanın paytaxtı” adlandırırlar. Burada Şərqin nadir memarlığı, müxtəlif mədəniyyətlərin birləşməsi, diqqətəlayiq yerlər və unikal hind mətbəxi ahəng yaradır. Dehlinin müasir şəhərətrafı – Nyu Dehlidə müasir və kolonial üslubda binalar, ticarət mərkəzləri, parklar, hər zövqə uyğun əyləncə, teatrlar, möhtəşəm qədim məscidlər və türbələr cəmləşir.

Xatırladaq ki, AZAL bir neçə gün öncə rentabellik baxımından uyğun sərfəli olmadığı üçün Nyu-York-Bakı reysinin dayandırılacağını bildirmişdi.

Son xəbərlər
Digər xəbərlər