18 C
Baku
Sunday, September 8, 2024

AZAL-ın sərnişinlərinin sayı 47% artıb

Bu ilin I yarısında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) sərnişinlərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 47.3% çox olub.

Bunu AZAL-ın prezidenti Samir Rzayev bildirib.

Onun sözlərinə görə, artım beynəlxalq uçuşlarda 60.2%, ölkədaxili uçuşlarda isə 10.15% təşkil edib.

Belə ki, aviaşirkət yanvar-iyun aylarında 1.812 milyon sərnişin daşıyıb. Bunun 1.462 milyonu beynəlxalq, 350 mini isə ölkə daxilində daşınıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər