23 C
Baku
Thursday, July 3, 2025

AZAL-ın təyyarəsi texniki səbəbdən dayanacağa qayıdıb

Antalya-Bakı marşrutu üzrə reysin yerinə yetirilməsinə hazırlaşan “Azərbaycan Hava Yolları” aviaşirkətinin “Airbus A320” təyyarəsi texniki səbəblərdən dayanacağa qayıdıb.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-yə istinadən xəbər verir.

“Sərnişinlərin daşınması üçün Bakıdan başqa təyyarə göndəriləcək. Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcək”, deyə məlumatda bildirilir.

 

 

Son xəbərlər
Digər xəbərlər