İsraildə baş verən son hadisələrlə əlaqədar olaraq “Azərbaycan Hava Yolları” aviaşirkəti oktyabrın 8-nə planlaşdırılan Təl-Əvivin Ben Gurion hava limanına və əks istiqamətdə bütün uçuşları ləğv edir.
Banker.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-dən bildiriblər.
Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə uçuşların həyata keçirilməsi ilə bağlı məlumat əlavə olaraq təqdim ediləcək.
Təl-Əviv istiqaməti üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər.
Dəyişikliklər barədə məlumat əldə etmək üçün sərnişinlərə [email protected] elektron ünvanı vasitəsilə aviaşirkətin çağrı mərkəzinə müraciət etmələri tövsiyə olunur.
Hazırda aviaşirkət növbəti xəbərdarlığa qədər Təl-Əviv istiqaməti üzrə aviabiletlərin satışını dayandırıb.
Qeyd edək ki, aviaşirkətin prioriteti uçuşların və sərnişinlərin təhlükəsizliyidir.