Dekabrın 22-dən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Küveyt-Bakı marşrutu üzrə müntəzəm uçuşlara başlayacaq.
Banker.az aviaşirkətə istinadən xəbər verir ki, J2-119/J2-120 reysləri həftədə iki dəfə – çərşənbə axşamı və şənbə günləri, ekonom sinif və komfort-klub konfiqurasiyalı “Airbus A319” tipli təyyarələrlə həyata keçiriləcək.
Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından reallaşdırılacaq.
Qeyd edək ki, AZAL indiyə qədər Küveyt istiqaməti üzrə uçuşları çarter proqramı əsasında yeriinə yetirirdi.