“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportundan Küveytin paytaxtı Əl-Küveyt şəhərinə və geriyə xüsusi reyslər yerinə yetirməyə başlayır.
Bakı – Əl-Küveyt – Bakı marşrutu üzrə birbaşa reyslərin 1 dekabr tarixindən həyata keçirilməsi nəzərdə tutulur. Reyslər həftədə iki dəfə – çərşənbə və şənbə günləri Airbus A319 hava gəmisində yerinə yetiriləcəkdir.