10 C
Baku
Wednesday, December 11, 2024

AZAL-la Gürcüstana sərnişin daşınması 7 dəfədən çox azalıb

2020-ci ildə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Gürcüstana daşıdığı sərnişinlərin sayı 19 096 nəfər təşkil edib.

Bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyinin hesabatında bildirilib.

Sənədə əsasən, sərnişin daşınması koronavirus pandemiyasından öncə – ötən ilin I rübündə həyata keçirilib.

İllik müqayisədə sərnişinlərin sayı 117 503 nəfər və yaxud 7,1 dəfə azalıb.

Hesabat ilində xarici aviaşirkətlər Gürcüstana 692 260 sərnişin daşınması yerinə yetirib ki, bu da 2019-cu ilin eyni göstəricisindən 93% azdır.

Ötən il xarici aviadaşıyıcılar arasında qonşu ölkəyə ən çox sərnişin daşıyan şirkətlər Macarıstanın aşağı büdcəli aviaşirkəti “Wizz Air” (172 012 nəfər) və Türkiyənin milli aviadaşıyıcısı – “Türk Hava Yolları” şirkəti (86 562 nəfər) olub.

Son xəbərlər
Digər xəbərlər