AZAL Mərkəzi Banka 250 mln. dollar ödəyib

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Azərbaycan Mərkəzi Bankından (AMB) aldığı 210 mln. dollar məbləğində krediti qaytarıb.

Bu barədə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə Hesablama Palatasının rəyində qeyd edilib.

Məlumata əsasən, kredit təyyarənin alınması üçün nəzərdə tutulub.

“Borcun 2017-ci ilin II rübü ərzində qaytarılması daxili borc yükünün azalmasına səbəb olub”, – deyə məlumatda vurğulanıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər