16 C
Baku
Monday, May 20, 2024

AZAL Novruz bayramı ilə əlaqədar Dubaya reys sayını artırır

“Azərbaycan Hava Yolları” Novruz bayramı günlərində sərnişinlər üçün rahat gediş və gəliş vaxtı olan reysləri əlavə edir.

Banker.az AZAL-a istinadən xəbər verir ki, 2022-ci il martın 17-dən 26-dək olan müddətdə aviaşirkət Bakıdan səhər saat 08:00-da və Dubaydan saat 12:00-da (yerli vaxt göstərilib) J2-115/J2-116 nömrəli əlavə reyslər həyata keçirəcək.

Beləliklə, göstərilən müddət ərzində AZAL səhər saatlarında iki uçuş yerinə yetirəcək ki, bu da sərnişinlərin təyinat məntəqələrinə günün əvvəlində gəlmələrinə imkan verəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər