26 C
Baku
Saturday, July 27, 2024

AZAL ötəngünkü tənqidlərdən sonra “Buta Airways”nın qiymətlərini azaldır

“Azərbaycan Hava Yolları”nın aşağıbüdcəli törəməsi – “Buta Airways” üzrə minimal tarif yaxın günlərdə koronavirus pandemiyasından əvvəl olduğu kimi yenə də 29 avro olub.

Banker.az xəbər verir ki, bu barədə aviaşirkətdən bildirilib.

Xatırladaq ki, indiyə qədər sözügedən qiymət 55 avro idi.

Ötən gün sosial şəbəkələrdə eləcə də Banker.az-da tariflərin İrəvandan İstanbula 77 manat, Bakıdan İstanbula isə 241 manat olması ilə bağlı araşdırma etmişdi. AZAL isə buna cavab olaraq tələb və təklifin yüksək olması səbəbindən biletlərin baha olduğunu bildirmişdi.

Son xəbərlər
Digər xəbərlər