10 C
Baku
Saturday, November 23, 2024

“AZAL” prezidentinin vəzifəsini icra edəcək şəxs kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Cahangir Calal oğlu Əsgərov “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib. Sərəncamla “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Musa oğlu Rzayevə həvalə edilib.

Banker.az xəbər verir ki, “AZAL”a rəhbərlik edəcək Samir Musa oğlu Rzayev ötən ilin noyabr ayında “Azərbaycan Hava Yolları” QSC-nin  birinci vitse-prezidenti təyin olunub.

Samir Rzayev Azərbaycan Dövlət İqtisad Universitetini bitirdikdən sonra təhsilini Böyük Britaniyanın Durham Universitetində davam etdib. Həmin universitetdə “Maliyyə və investisiya” ixtisası üzrə magistr dərəcəsini alıb.

Maliyyə sahəsində rəhbər vəzifələrdə böyük idarəçilik təcrübəsinə malikdir.

Son xəbərlər
Digər xəbərlər