“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) oktyabrın 27-i tarixindən etibarən qış uçuş cədvəli qüvvəyə minib.
Bu barədə AZAL-dan bildirilib. Qış uçuş cədvəli çərçivəsində Bakıdan aşağıdakı istiqamətlər üzrə birbaşa reyslər həyata keçiriləcək:⠀⠀
– Almatı
– Ankara
– Antalya
– Pekin
– Berlin
– Dubay
– Gəncə
– İstanbul
– Ciddə
– Küveyt
– London
– Milan
– Moskva
– Naxçıvan
– Nyu-York
– Paris
– Sankt-Peterburq
– Tel-Əviv⠀⠀
Həmçinin 20-dən çox istiqamət üzrə uçuşlar “code-share” tərəfdaş aviaşirkətlər ilə birlikdə yerinə yetiriləcək. Gəncədən Bakı və Moskvaya reyslər, həmçinin Sankt-Peterburqa çarter reysləri həyata keçiriləcək. Lənkərandan Moskvaya birbaşa reyslər həftədə bir dəfə olmaq ilə davam etdiriləcək. Qış uçuş cədvəli 28 mart tarixinədək qüvvədə olacaq.