AZAL Səudiyyə Ərəbistanına yeni istiqamətlərini təqdim edib

  •  
  •  
  •  
  •  

Ər-Riyadda “Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) Səudiyyə Ərəbistanının bir sıra şəhərlərinə yeni istiqamətlərinin təqdim olunduğu “Azərbaycan şahinin gözü ilə” adlı təqdimat keçirilib.

Tədbirdə AZAL-ın vitse-prezidenti Eldar Hacıyevin başçılıq etdiyi nümayəndə heyəti, hər iki ölkənin hökumət, diplomatik korpus, kütləvi informasiya vasitələri nümayəndələri və digərləri iştirak edib.

Azərbaycanda istirahət və asudə vaxtın təşkili, o cümlədən çimərlik, xizək, tibbi və tarixi turizm üzrə müasir turizm imkanları geniş auditoriyaya təqdim olunub.
Tədbir iştirakçılarına Azərbaycan mülki aviasiyasının infrastrukturu barədə məlumat verilmişdir. Qonaqlar həmçinin ölkəmizin mətbəx incilərini qiymətləndirə bilmişdirlər.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Tədbirdə çıxış edən AZAL-ın vitse-prezidenti Eldar Hacıyev bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin daimi diqqət və dəstəyi sayəsində ölkəmizin mülki aviasiyası böyük nailiyyətlər əldə etmişdir. Ötən il “Azərbaycan Hava Yolları”nın nüfuzlu 4-ulduzlu aviadaşıyıcı statusu təsdiqlənmiş və AZAL Böyük Britaniyanın “Skytrax” agentliyinin versiyası üzrə Mərkəzi Asiya və Hindistanda ən yaxşı regional aviaşirkət elan olunmuşdur.

Onun sözlərinə görə, Heydər Əliyev Beynəlxalq Hava Limanı “Skytrax” şirkəti tərəfindən maksimal “5 Ulduz” statusuna layiq görülərək və bu statusa malik dünyanın doqquzuncu hava limanı olaraq, yüksək beynəlxalq ad qazanmışdır. Heydər Əliyev Beynəlxalq Hava Limanı sərnişin və yük daşımaları sahəsində regionun şəksiz lideridir.

Qeyd edək ki, AZAL ərəb ölkələrinə çox sayda yeni müntəzəm və çarter reysləri açır. Reyslərdən altısı Səudiyyə Ərəbistanına – Ər-Riyad, Dammam, Ciddə, Mədinə, Burayda (Əl-Qassim) və Əl-Xufuf şəhərlərinədir.

Səudiyyə Ərəbistanına reyslər müasir Airbus A319/320 və E190 təyyarələri ilə yerinə yetiriləcək: Bakı-Ciddə-Bakı – bazar ertəsi günləri (aprelin 8-dən etibarən), Bakı-Mədinə-Bakı – çərşənbə günləri (iyunun 5-dən etibarən), Bakı-Dammam-Bakı – cümə günləri (iyunun 7-dən etibarən), Bakı-Ər-Riyad-Bakı – bazar ertəsi günləri (iyunun 10-dan etibarən), Bakı-Əl-Xufuf-Bakı – bazar günləri (iyunun 9-dan etibarən), Bakı-Burayda (Əl-Qassim)-Bakı – cədvəl dəqiqləşdirilir.

Səudiyyə Ərəbistanı Krallığı həmçinin iki müqəddəs yer – əfsanəvi Mədinə və Məkkənin yerləşdiyi ölkə kimi tanınır. Bütün dünyadan müsəlmanlar buraya ziyarətə gəlirlər. Səudiyyə Ərəbistanı həmçinin ekskursiya istirahəti həvəskarlarını misli görünməmiş dəbdəbəsi, özünəməxsus memarlıq ansamblları və heyrətamiz Şərq ab-havası ilə özünə cəlb edir.

ONA


  •  
  •  
  •  
  •