15 C
Baku
Sunday, November 24, 2024

AZAL sərnişinlərin tələbatını ödəmək üçün yeni planlarını açıqladı

2030-cu ilə qədər “Azərbaycan Hava Yolları” QSC (AZAL) köhnə təyyarələrin tədricən istismardan çıxarılmasını, yeni geniş və dar gövdəli 30 hava gəmisindən ibarət donanmamızın formalaşdırılmasını planlaşdırır.

Bunu QSC-nin prezidenti vəzifəsini müvəqqəti icra edən Samir Rzayev Milli Məclis deputatlarının iştirakı ilə keçirilən tədbirdə AZAL-ın 2022-2030-cu illəri əhatə edən transformasiya planını açıqlayarkən bildirib.

“Donanmamızın genişləndirilməsi bizə yeni marşrutları inkişaf etdirməyə imkan verəcək, həmçinin uçuş şəbəkəmizin planlaşdırılması və idarə edilməsində daha çox çeviklik təmin edəcək. Strategiyamızın digər mühüm istiqaməti 2 növ təyyarədən ibarət vahid aviaparkın yaradılmasıdır”, – S. Rzayev aviasiya senayesinin üzləşdiyi çətinliklər, o cümlədən AZAL-ın bazarda mövqeyini möhkəmləndirmək və sərnişinlərin tələbatını ödəmək məqsədi ilə qarşıdakı illər üçün strategiyası və planlarından danışarkən deyib.

Görüş iştirakçıları həmçinin, “Azərbaycan Hava Yolları” və “Buta Airways”in vahid AZAL brendinə birləşdirilməsi və sərnişinlərin əldə edəcəyi üstünlüklər və imkanlar barədə danışıblar.

 

 

 

 

Son xəbərlər
Digər xəbərlər