7 C
Baku
Sunday, December 15, 2024

Azal səyahəti asanlaşdırmağa imkan verən mobil tətbiqinin sınaq müddətini uzadıb

Pandemiya dövründə səyahəti asanlaşdırmağa imkan verən IATA Travel Pass mobil tətbiqinin sınaq müddəti 20 sentyabr 2021-ci ilə qədər uzadılır.

Smartfonlarda quraşdırılmış və sərnişinin sağlamlığı haqqında uçuş üçün lazım olan bütün məlumatları ehtiva edən rəqəmsal IATA Travel Pass, uçuşqabağı rəsmiyyətləri asanlaşdırır. Hazırda IATA Travel Pass tətbiqini AZAL və “Buta Airways”-in aşağıdakı reyslərin sərnişinləri yükləyə bilərlər:

• AZAL – Bakı – İstanbul – Bakı (GYD-IST-GYD)

• AZAL – Bakı – Moskva – Bakı (GYD-DME-GYD)

• Buta Airways – Bakı – İstanbul – Bakı (GYD-SAW-GYD)

• Buta Airways – Bakı – Jukovski – Bakı (GYD-ZIA-GYD)

Tətbiqin xidmətləri Azərbaycandan bu reyslərlə yola düşən bütün sərnişinlər və ölkəyə gələn Azərbaycan vətəndaşları üçün mümkündür.

IATA Travel Pass tətbiqi vasitəsilə rəqəmsal pasportu təqdim edən sərnişinlərə qeydiyyat masasında prioritet qaydada xidmət göstəriləcək. Onlar, eyni zamanda, Heydər Əliyev Beynəlxalq Aeroportuna gəliş zamanı sərhəd nəzarətindən prioritet qaydada keçid xidmətlərindən (Fast Track) istifadə edə biləcəklər.

AZAL və “Buta Airways” reyslərində IATA Travel Pass tətbiqin sınaqdan keçirilməsində iştirak edən AZAL Miles bonus proqramının hər bir iştirakçısına əlavə 250 bonus mil hesablanacaq.

Bundan əlavə, Bakıdan yola düşən sərnişinlər, Travel Pass proqramına qoşulmuş klinikalarda və laboratoriyalarda PCR test müayinəsinə güzəst əldə edəcəklər.

iOS (13.2 və daha yüksək versiyası) və Android (6.0 və daha yüksək versiyası) bazasında mobil cihazlar üçün IATA Travel Pass tətbiqini aşağıdakı keçidlər vasitəsilə yükləyə bilərsiniz:

• Apple AppStore: https://apps.apple.com/us/app/iata-travel-pass/id1533417649

• Google Play: https://play.google.com/store/apps/details?id=org.iata.tpa

Qeyd etmək lazımdır ki, IATA Travel Pass tətbiqi sərnişinlərin fərdi məlumatlarının icazəsiz istifadədən qorunması nəzərə alınmaqla hazırlanmışdır. Şəxsi məlumatlar IATA serverlərində və ya digər bulud xidmətlərində saxlanılmır ki, bu da onların sızma riskini minimuma endirir.

Tətbiqin istifadəsinə dair ətraflı təlimat və dəvət kodu ilə aviaşirkətin saytında aşağıdakı linkdən keçid edərək tanış olmaq mümkündür: https://www.azal.az/az/information/iata-travel-pass

IATA Travel Pass tətbiqinin necə işlədiyi məlumatı ilə qısaca bu videoda tanış ola bilərsiniz: https://youtu.be/wKYaPOEyGGA

Son xəbərlər
Digər xəbərlər