12 C
Baku
Sunday, October 27, 2024

AZAL və “Bakı Metropoliteni”nə ayrılacaq subsidiya açıqlandı

2021-ci ildə hava və metro nəqliyyatı üçün ayrılacaq subsidiyalar açıqlanıb.  “Azərbaycan Hava Yolları” QSC üçün dövlət büdcəsindən 10 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

Banker.az bildirir ki, bu barədə 2021-ci il dövlət büdcənin layihəsində qeyd edilib.

Məlumata görə, bu məbləğ Naxçıvan Muxtar Respublikasına edilən aviareyslərə görə yaranmış zərərin ödənilməsi sərf ediləcək.

2021-ci ildə “Bakı Metropoliteni” QSC üçün dövlət büdcənindən 39.2 milyon manat vəsait ayrılacaq.

Qeyd edək ki, Azərbaycanda nəqliyyat və rabitə xərcləri üçün 2021-ci il dövlət büdcəsindən 208,7 milyon manat vəsait proqnozlaşdırılıb.

2020-ci ildə dövlət büdcəsindən “Bakı Metropoliteni”nə 40 milyon manat, nəqliyyat və rabitə xərcləri üçün isə dövlət büdcəsindən 302.7 milyon manat vəsait ayrılması nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycanda nəqliyyat və rabitə xərcləri üçün 2021-ci il dövlət büdcəsindən 208.7 milyon manat vəsait proqnozlaşdırılıb.

Son xəbərlər
Digər xəbərlər