2022-ci ilin əvvəlindən Azərbaycanın beynəlxalq hava limanlarında ümumi sərnişin axını 1.53 mln. nəfər təşkil edib. Bu göstərici ötən ilin analoji göstəricisindən iki dəfə çoxdur.
Banker.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətinin məlumatında deyilir.
Bildirilir ki, 2022-ci ilin may ayında Azərbaycanın hava limanlarında 396 min nəfərə xidmət göstərilibr, onlardan 315 min nəfəri paytaxt hava limanından uçan və ya bura gələn sərnişinlərdir. Bakı hava limanının baza aviadaşıyıcıları – “AZAL” və “Buta Airways” ilə ilin əvvəlindən müvafiq olaraq 455 və 154 min sərnişin daşınıb. Onlardan 341.5 min nəfəri beynəlxalq reyslərin sərnişinləridir ki, bu da beynəlxalq daşımaların ümumi həcminin 36%-ni təşkil edir.