24 C
Baku
Cümə axşamı, Sentyabr 23, 2021

AZAL “Zəngəzur üzərindən uçuş” barəsində məlumat verdi – Rəsmi

Screen Shot 2021 09 02 at 14.34.20

Bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Naxçıvan istiqamətində uçuş zamanı Zəngəzur üzərindəki hava məkanından istifadə etməsi barədə yanlış məlumat yayılıb.

Banker.az xəbər verir ki, bu barədə AZAL-ın açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, Zəngəzur üzərində hava dəhlizi hələlik mövcud deyil və aviaşirkətlər ondan istifadə etmir.

Aviaşirkət kütləvi informasiya vasitələrini təsdiqlənməmiş informasiyaya etibar etməməyə və yalnız rəsmi mənbələrə müraciət etməyə çağırıb.

“AZAL bu təxribatçı hərəkətlərin, yəni qəsdən yalan məlumatların yayılmasının araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququnu özündə saxlayır”, – deyə milli aviadaşıyıcı bəyan edib.

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər