“Azərbaycan Hava Yolları” QSC bəzi aviaşirkətlərin İrana uçuşları dayandırılması ilə bağlı qərarlarına münasibət bildirib.
Qurumdan “Qafqazinfo”ya daxil olan məlumata görə, AZAL və “Buta Airways” aviaşirkətləri hazırda İran istiqamətində və bu ölkənin ərazisi üzərindən keçməklə yerinə yetirilən uçuşların mövcud cədvəlinə dəyişiklik etməyi planlaşdırmır.
O cümlədən, aşağıbüdcəli “Buta Airways” aviaşirkəti Bakı-Tehran-Bakı istiqamətində gündəlik uçuşlar həyata keçirir və ştat rejimində hazırkı cədvələ əsasən reyslər həyata keçirməyi planlaşdırır.
©Qafqazinfo