6 C
Baku
Şənbə, Yanvar 22, 2022

“Azbadam”a 15 milyon manat əlavə maya qoyuldu

Bakının Qala və Bilgəh qəsəbələrində badam bağları salan “Azbadam” MMC-nin nizamnamə kapitalı yenidən artırılıb.

Bu barədə Banker.az-a daxil olan məlumatda qeyd edilir.

Məlumata görə, çərəz istehsalçısının nizamnamə kapitalının həcmi 14 750 000 manat artırılıb

Bununla da nizamnamə kapitalı 25 700 005 manat olmuşdur.

Qeyd edək ki, şirkət 2016-cı ildə yaradılıb. “Azbadam” şirkəti tərəfindən “Qala və Bilgəh Badam Bağları” layihəsinə 2017-ci ilin fevral ayında start verilmişdir. Bakının Qala və Bilgəh qəsəbələrində müvafiq olaraq 268 ha və 212 ha ərazidə intensiv badam bağları salıb. 300 000-dən çox əkilmiş badam tingləri Quarra, Avijor, Belona  Soleta sortlarıdır.

Son xəbərlər
Oxşar xəbərlər