19 C
Baku
Wednesday, June 4, 2025

AZCON Holdinqdə təyinat olub

Azərbaycanın bank və telekommunikasiya sektorunda təcrübəyə malik olan Vəfa Kələntərova Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) baş icraçı direktorun müşaviri vəzifəsinə təyin olunub.

Banker.az xəbər verir ki, yeni təyinatı ilə yanaşı, xanım Kələntərova “Aztelekom” MMC şirkətində də 2023-cü ildən etibarən Baş direktorun müşaviri vəzifəsində fəaliyyət göstərməkdədir.

O, karyerası ərzində Azərbaycanın maliyyə sektorunda bir sıra aparıcı vəzifələrdə çalışıb. “Unibank”da 13 ildən çox müddətdə müxtəlif vəzifələr tutaraq, 2018–2020-ci illərdə Maliyyə Direktoru kimi fəaliyyət göstərib. Eyni zamanda 2016–2018-ci illərdə Bankın Müşahidə Şurası sədrinin müşaviri, ondan öncə isə Audit Departamentinin rəhbəri olub.

Bank sektorundakı ilk təcrübələrinə isə “Kapital Bank”, “Parabank”, “Rabitabank” və “Absheron” Ticarət Bankı (hazırda fəaliyətdə deyil) kimi qurumlarda mühasiblik və baş mühasib vəzifələri ilə başlayıb.

Bundan əlavə, 2015–2020-ci illər ərzində “AXA MBASK” sığorta şirkətində Audit Komitəsinin üzvü kimi fəaliyyət göstərib.

Vəfa Kələntərova Azərbaycan Dövlət İqtisad Universitetində ali təhsil alıb.

 

Son xəbərlər
Digər xəbərlər