10 mart 2022ci il tarixində “Azenco” ASC səhmdarlarının iclası keçirilmişdir. Həmin iclasda qərara alınmışdır ki, Əliyev Vüqar Tofiq oğlu İdarə Heyətinin sədri vəzifəsinə təyin olunsun.
Vüqar Tofiq oğlu Əliyev Azərbaycan Neft Akademiyasının məzunudur, master təhsilini isə Böyük Britaniyada “Executive management” ixtisası üzrə almışdır. Bir çox xarici ölkələrdə, o cümlədən ölkəmizdə rəhbər vəzifələrdə çalışmışdır.
2 ilə yaxın müddətdə, “Azenco” ASC İdarə Heyəti sədrinin birinci müavini vəzifəsində çalışmışdır.
Ailəlidir, 3 övladı var.
Nəzərinizə çatdırmaq istəyirik ki, “Azenco” ASC su və istilik elektrik stansiyaları, yüksək gərginlikli elektrik verilişi xətləri, elektrik enerjisinin paylanması sisteminin tikintisi və inkişafı, su və kanalizasiya sistemləri də daxil olmaqla energetika sahəsində “Layihələndirmə, tikinti və satınalma” müqavilələrini həyata keçirən enerji tikinti şirkətidir. Bundan əlavə, şirkət elektrik stansiyaları,yarımstansiya və elektrik verilişi xətlərinin bərpası üzrə müvafiq xidmətlər də təklif edir.
“Azenco” ASC, müzəffər ölkə başçısı cənab İlham Əliyev və ordumuzun səyi nəticəsində işğaldan azad olunmuş Qarabağın yenidənqurma işlərində də yaxından iştirak edir.