30 iyun 2025-ci il saat 14.00-da “AZENCO” ASC-nin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Cəmiyyətin idarə heyətinin illik hesabatı.
2. Cəmiyyətin illik hesabatının təsdiqi.
3. Cəmiyyətin müşahidə şurasının hesabatı.
4. Cəmiyyətin maliyyə-təftiş komissiyasının hesabatı.
5. Cəmiyyətin idarə heyətinin, müşahidə şurasının və maliyyə-təftiş komissiyasının yeni tərkibinin seçilməsi.
6. Cəmiyyətin maliyyə nəticələrinin müzakirəsi və mənfəətin bölüşdürülməsi.
7. Digər məsələlər.
Yığıncaq Mingəçevir şəhəri, Dövlət Dram Teatrının binasında keçiriləcəkdir.
Xatırladaq ki, “Azenco” ASC 2002-ci ildə yaradılıb, nizamnamə kapitalı 6 837 298 manatdır və qanuni təmsilçisi Pərviz Hacıyevdir.