-2 C
Baku
Wednesday, February 12, 2025

“Azenco”nun gəlirləri 20% azalıb

“Azenco” ASC 2023-cü ili 4 milyon 415 min manat xalis mənfəət ilə başa vurub.

Banker.az bu barədə ASC-nin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Azenco” 32 milyon 473 min manat gəlir əldə edib ki, bu da illik müqayisədə 20% azalma deməkdir. Şirkətin satışlar və xidmətlərin maya dəyəri 28 milyon 285 min manat, maliyyə gəlirləri 554 min manat təşkil edib.

2023-cü ildə “Azenco” 4 milyon 797 min manat əməliyyat mənfəəti edib, 2022-ci ildə isə əməliyyat mənfəəti 18 milyon 854 min manat olub.

“Azenco” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının qanunlarına əsasən 12 aprel 2002-ci ildə “Azərenerjitikinti” MMC kimi yaradılmışdır. 20 noyabr 2008-ci il tarixindən etibarən şirkət hüquqi adını “Azərenerjitikinti” MMC-dən “Azenco” ASC-yə dəyişdirmişdir. Şirkət 2002-ci ldən başlayaraq Azərbaycan enerji sektorunda olan önəmli lahiyələrdə iştirak etmiş və bir çox inşaat işlərinin əsas podratçısı olmuşdur.

Son xəbərlər
Digər xəbərlər