-1 C
Baku
Sunday, December 15, 2024

“Azerbaijan İnternational Mining Company Ltd.”nin ixrac gəlirləri 8%-ə qədər artıb

2020-ci ildə “Azerbaijan İnternational Mining Company Ltd.” şirkəti 118.1 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Banker.az  xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayında bildirilir.

2019-cu ildə “Azerbaijan İnternational Mining Company Ltd.” şirkətinin ixrac gəlirləri 109.9 milyon ABŞ dolları olub ki, bu da illik müqayisədə 8.2 milyon ABŞ dolları və ya 7.5% çoxdur.

Qeyd edək ki, qızıl, gümüş və mis hasilatı ilə məşğul olan “Azerbaijan İnternational Mining Company Ltd.” şirkəti “Anglo-Asian Mining Plc.” şirkətinin törəməsidir. Şirkət Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo-Asian Mining Plc.” şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına (“Gədəbəy” yatağında) 2009-cu ildə başlanılıb.

 

Son xəbərlər
Digər xəbərlər