SOCAR və Dövlət Neft Fondunun (ARDNF) birgə şirkəti olan “Azerbaijan Rigs” MMC 2021-ci ildə 30 milyon manat altında xalis mənfəət əldə edib.
Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.
Məlumata görə, birgə şirkət 2021-ci ildə gəlirləri 65 faiz azaldaraq 32 mln. manata enib.
Satışın maya dəyəri 33 milyon, ümumi inzibati xərcləri 1 mln. manat və sair gəlirləri isə 29 milyon manat edib. Bununla da ili 27 milyon manat xalis mənfəət əldə edib. Xalis mənfəəti öncəki ildə 50 milyon manat olduğunu nəzərə alsaq illik müqayisədə 46% azalıb.
Qeyd edək ki, “Azerbaijan Rigs”-da SOCAR-ın payı cəmi 10%-dir.
Qeyd edək ki, “Azerbaijan Rigs”in baş podradçısı “Kaspian Drillinq Kompani” MMC-dir.