2019-cu il ərzində Azərbaycandan xaricə 31,68 min ton həcmində emal olunmamış, aşqarlanmamış alüminium ixrac olunub.
Banker.az bildirir ki, buna görə də ölkəmizə 59,67 mln. ABŞ dolları dəyərində vəsait daxil olub. 2018-ci il ərzində isə ölkədən 22,1 min ton dəyərində bu kodda məhsul ixrac olunmuşdu və bunun müqabilində ölkəyə 48,58 mln. dollarlıq vəsait daxil olmuşdu.
İxrac etdiyi məhsulun 18,67 min tonu (34,8 mln. dollar) Türkiyəyə, 12,68 min tonu (24277.68) Yunanıstana ixrac olunub. Bu barədə AzStatKom məlumat verir.
Bildiyimiz kimi bu məhsul dünya birjalarında ucuzlaşıb ki, bu da ixrac əməliyyatında illərin müqayisəsində özünü göstərib. Ölkədən xaricə 2018-ci ildə ixrac olunmuş bu emal edilməyən filizin dəyəri 2,20 $/kq təşkil etdiyi halda, 1,88 $/kq təşkil edib. Bu da 2019-cu il ərzində 1 ton üzrə 320 dollar daha ucuz qiymətə xaricə ixrac etməsi deməkdir. Yəni təqribən 1 ton üzrə 320 dollar daha ucuz satdığını nəzərə alsaq, o, zaman Azərbaycan təxminən ümumi ixrac əməliyyatında 10 mln. dollar pul itirməsi deməkdir.
Bundan əlavə ölkəyə 583 ton həcmində emal olunmamış, aşqarlanmamış alüminium idxal olunub. İdxal olunan bu məhsulun dəyəri isə 1,13 mln. dollar təşkil etmişdir. Bu da 1,94 $/kq dəyərində olması deməkdir.
Digər, xaricə ixrac olunmuş kodlu – emal olunmamış alüminium ərintiləri həcmi 12,49 min ton, dəyəri isə 22,86 mln dollar dəyərində olub.
Xatırladaq ki, “Bloomberg” platformasının göstəricilərinə görə son 1 il ərzində alüminiumun dəyəri 1 824,50 dollar/MT dəyərindən, 1 721,00 dollar/MT dəyərinə qədər ucuzlaşıb.